Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109513
az

Əhaliyə xəbərdarlıq! İşıq olmayacaq

17:0921 May, 2024
1213
CƏMİYYƏT
  • A

“Azərişıq” ASC-nin elektrik enerjisi təchizatı sxeminin yüksək standartlara cavab verməsi üçün Bakının bir sıra ərazilərində həyata keçirəcəyi təmir və təftiş işləri ilə əlaqədar paytaxtda planlı fasilələr yaranacaq.

 

Oxu24.com-un məlumatına görə, bu barədə səhmdar cəmiyyətinin abunəçilərinə müraciətində bildirilir.

 

"Fasilələr müddətində kabel xətlərinin sınağı, mühafizə və avtomatika dövrələrinin yoxlanılması, transformator məntəqələrində torpaqlanma qurğularının yoxlanılması və başqa bu kimi profilaktik işlərin görülməsi nəzərdə tutulur. Bu barədə məlumatları “Azerishiq.az” saytında “Planlı fasilələr” bölməsində ətraflı şəkildə əldə etmək olar.

 

2024-cü ildə elektrik enerjisinin dayanıqlığının yüksəldilməsi, istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması Cəmiyyətin qarşısına qoyduğu ən vacib məsələlərdəndir. Belə ki, yenidənqurma tədbirləri nəticəsində paytaxtın sıx məskunlaşılmış ərazilərində təhlükəsizlik tədbirləri və getdikcə artan tələbat nəzərə alınaraq bir sıra işlər görülməkdədir", - deyə müraciətdə qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Bakının bu küçəsi təmir olunur - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ