Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109463
az

Naxçıvanda Dövlət Su Ehtiyatları Agentliyi yaradıldı

11:3021 May, 2024
106
CƏMİYYƏT
  • A

Mayın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması və fəaliyyətinin təşkili barədə Fərman imzalayıb.

Oxu24.com xəbər verir ki, Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə" və Agentliyinin strukturu təsdiq edilib. Agentlik Naxçıvan Muxtar Respublikasında suyun mənbədən götürülməsi, emalı, nəqli və təchizatı sahəsində fəaliyyətin təmin edilməsi, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin, içməli su təchizatı, yağış və tullantı sularının emalı və axıdılması sistemlərinin istismarı, eləcə də bu sahədə xidmətlər göstərilməsinin təşkili, balansında olan su təsərrüfatı obyektlərinin texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, Naxçıvan Muxtar Respublikasında yerüstü, yeraltı su ehtiyatlarının, su və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, su təchizatı sistemlərinin monitorinqinin aparılması sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirəcək.

Eyni zamanda həmin Fərmanla Agentliyin tabeliyində “Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məclis sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim edəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Təcili: Dubay - Moskva reysi ilə uçan təyyarə Bakıya eniş etdi -FOTO
Sağ qalan bələdçidən videolarının mahnı ilə paylaşılmasına etiraz: "Aktrisa deyiləm..."
Ronaldo Yaxın Şərqin ən yaxşı futbolçusu seçildi

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Azərbaycanda 70 yaşlı "professor" həbs edildi