Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109462
az

"Bandotdel" əməliyyat keçirib: Tutulanlar  var +VİDEO

11:2221 May, 2024
2604
REDAKTORUN SEÇİMİ
  • A

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı paytaxt və bölgələrdə əməliyyatlar keçirib.

 

DİN-dən  Oxu24.com-a  verilən xəbərə görə, tədbirlərlə paytaxt sakinləri Zamiq Əliyev, Elməddin Abdullazadə və əvvəllər məhkum olunmuş Mahir Sadıqovdan 2 “Makarov”, 1 “Beretta” tapançası, 3 daraq və 15 ədəd patron aşkarlanıb.

 

Baş İdarə əməkdaşlarının paytaxt, eləcə də Ağcabədi, Şəmkir, Yevlax və Cəlilabad rayonlarında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Rüfət Əsədov, Fazil Əzizov və Tural Mahmudovdan ümumilikdə 30 kiloqram marixuana, Anar Abasov, Rəşad Məmmədov tanışı Murad ƏsgərovLeyla Məmmədovadan isə 16 kiloqram kokain, heroin, tiryək, metramfetamin və güclü təsir edən maddə olan 52 ədəd ekstazi həbi aşkarlanıb.

Qanunsuz dövriyyədən 46 kiloqram narkotik vasitə çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Araşdırmalar davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Hava ilə bağlı AÇIQLAMA
Kişidən taksidə 69 yaşlı qadına qarşı şok əməl: Artıq tutuldu

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi