Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109443
az

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...

08:4121 May, 2024
164
DÜNYA
  • A
İran Prezidenti İbrahim Rəisinin qəzaya uğrayan helikopterində olan İranın Təbrizin Cümə imamı Seyid Məhəmməd Əli Al-Haşimin qəzadan sonra bir saat ərzində huşu özündə olub. Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, bunu İranın Kritik Vəziyyətlərin İdarə Edilməsi üzrə Dövlət Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami deyib. "Təbriz imamı Ayətullah Al-Haşimin meyiti digər qurbanlara nisbətən daha yaxşı vəziyyətdə olub və daha az yanıb. O, helikopter qəzasından sonra bir saat yaşayıb", - deyə Nami bildirib. O qeyd edib ki, imam hətta İran Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn İsmaili ilə telefonla əlaqə saxlamağa nail olub. Helikopterdə qalan yeddi nəfər, o cümlədən Prezident Rəisinin özü, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin qubernatoru Malik Rəhməti, həmçinin təhlükəsizlik işçiləri və ekipaj üzvləri hadisə yerində ölüblər. Onların meyitlərində ciddi yanıq izləri olub və DNT testi aparılmadan şəxsiyyətlərini müəyyən etmək mümkün olmayıb. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur aparıcı orduya çağırıldı
Ərdoğandan NÜVƏ XƏBƏRDARLIĞI: "Risk artır, müsbət heç nə yoxdur"
Qazaxıstan Putinin səfərinə hazırlığından danışır

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı