Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109436
az

Qəzəb infarkt riskini artırır?

07:4921 May, 2024
120
CƏMİYYƏT
  • A

Kolumbiya Universitetinin alimləri müəyyən ediblər ki, qısa müddətli qəzəb qan damarlarının funksiyasını pozaraq, potensial olaraq infarkt və ya insult riskini 40 dəqiqəyə qədər artıra bilər.
OXU24.COM  xəbər verir ki, tədqiqatın nəticələri “Journal of American Heart Association” (JAHA) jurnalında dərc olunub.

Tədqiqatda orta yaşı 26 olan 280 könüllü iştirak edib. Bütün iştirakçılara əvvəlcə istirahət etmələri tapşırılıb. Lakin tədqiqat başlamazdan əvvəl 30 dəqiqə ərzində onlara danışmağa, telefondan istifadə etməyə, kitab oxumağa və yatmağa icazə verilməyib.
Eksperimental mərhələdə hər bir subyekt dörd tapşırıqdan birinə təsadüfi olaraq təyin edilib. Bəzi könüllülərdən onları qəzəbləndirən vəziyyətləri xatırlamaları istənib. İkinci qrupdan narahatlıq anını xatırlamaq, üçüncü qrupdan kədərli çağrışımlar olan bir sıra cümlələri oxumaq tapşırılıb. Dördüncü qrupa isə emosional cəhətdən neytral tapşırıq verilib. Onlardan bir neçə dəfə 100-ə qədər saymağı tələb edilib.
Tapşırıqlar zamanı qan damarlarının strukturunda və funksiyasında baş verən dəyişiklikləri qiymətləndirmək üçün alimlər barmaqlarda qan axını ölçən “EndoPAT2000” adlı xüsusi cihazdan istifadə ediblər. Nəticələr göstərib ki, hətta səkkiz dəqiqəlik qəzəb damar endotel funksiyasını əhəmiyyətli dərəcədə azalıb.
Qeyd edək ki, endotel qan və limfa damarlarının və ürək boşluqlarının daxili səthini əhatə edən bir qatlı düz hüceyrə təbəqəsidir. Endotel qanın laxtalanmasına nəzarət, tonus və qan təzyiqinin tənzimlənməsi, ürəyin daralma fəaliyyəti üçün vacib olan maddələri sintez edir. Onun disfunksiyası infarkt və insulta səbəb ola biləcək aterosklerozun inkişafı istiqamətində ilk addımlardan biridir.
Tədqiqat iştirakçılarında ürək-damar sistemi ilə bağlı xoşagəlməz hadisələrin riskinin artması, əsəbi simulyasiya etdikdən sonra 40 dəqiqə ərzində davam etdiyi qeyd olunur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakıdan Qərb ölkələri səfirlərinin bəyanatına sərt REAKSİYA
"Qarabağ"ın veteran futbolçusu vəfat etdi
Sərnişinlər "28 May"da qatardan düşürüldü - Metroda nə baş verir? -YENİLƏNDİ

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Rüfət Səfərov barəsində həbs qətimkan tədbiri seçilib