Rusiyada ilin ilk dörd ayında qaz hasilatı artıb.
Oxu24.com xəbər verir ki, müvafiq bəyanatı Rusiya prezidenti Vladimir Putin yanacaq-energetika kompleksinin inkişafı üzrə müşavirədə deyib.
Rusiya liderinin sözlərinə görə, bu ilin yanvar-aprel aylarında qaz hasilatı 246,4 milyard kubmetr təşkil edib.
"Bu, keçən ilin eyni dövrü ilə müqayisədə səkkiz faiz çoxdur", - Putin vurğulayıb.
Qeyd etmək lazımdır ki, Rusiya hazırda satış şəbəkəsini fəal şəkildə genişləndirir. Xüsusilə, söhbət Sibirin Gücü - 2 qaz kəməri layihəsindən gedir.
Putinin Çinə son səfəri zamanı Rusiya və Çin “Sibirin Gücü 2” qaz kəməri layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR