ABŞ-da Orta və Kiçik Mənzilli Raketlərin Ləğv olunması haqqında Müqavilə (OKMRLM) əsasında qadağan olunmuş raketlərin ehtiyat hissələrinin istehsalına başlanılıb.Bu barədə
TASS məlumat yayıb.
“Birləşmiş Ştatlar hazırda yaradılmaqda olan yerdən qalxan qeyri-nüvə raketlərinin sınağının təmin olunması məqsədilə bir sıra komponentlərin istehsalına başlayıb”, - deyə Pentaqon rəsmisi polkovnik-leytenant Mişel Baldanza bildirib.
Onun sözlərinə görə, ABŞ OKMRLM-nın ləğv olunmasına hazırlaşmalıdır.
M.Baldanza yeni raketlərin sınaqlarının konkret tarixini açıqlamasa da, Rusiyanın OKMRLM müqaviləsi üzrə öhdəliklərinin icrasını bərpa edəcəyi təqdirdə belə silahların istehsalını dayandıracağını açıqlayıb.
Oxu24.com
ŞƏRHLƏR