Son zamanlar narkotik vasitələrin daşıyıcıları arasında qadınların sayı artıb.
Oxu24.com xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İnstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı jurnalistlər üçün təşkil edilən təlimində çıxışı zamanı deyib.

Rəis müavini bildirib ki, yalnız son illər belə qadınların sayı 14%-ə çatıb: “2018-ci il ərzində Azərbaycanda qadınlar arasında 87 halda daxili bədən boşluqlarında narkotiklərin keçirilməsi faktı qeydə alınıb”.
DGK rəsmisi əlavə edib ki, bəzi kişilər öz həyat yoldaşlarını bu işə cəlb edirlər. Onun sözlərinə görə, ötən il 1 ton 193 kq narkotik vasitə Dövlət Gömrük Komitəsi tərəfindən aşkar edilib: “Bunun 1 ton 37 kiloqramını heroin təşkil edib. Son 3 ildə isə 2 ton 251 kq heroin aşkar edilib".
Oxu24.com

ŞƏRHLƏR