Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109373
az

Helikopter qəzasından sonra bir saat sağ qalan kim olub…

17:3320 May, 2024
366
REDAKTORUN SEÇİMİ
  • A

İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların hamısının cəsəd qalıqlarının şəxsiyyəti dəqiqləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

 

Böhran İdarəetmə Mərkəzi bildirib ki, DNT testinə ehtiyac yoxdur.

 

Qeyd olunur ki, hadisə yeri aşkarlanarkən Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşimin cəsədi digərlərininki ilə müqayisədə daha yaxşı vəziyyətdəymiş – az yanıbmış. Onun qəzadan sonra təxminən bir saat sağ qaldığı və hətta İran Prezident Administrasiyasının rəhbəri ilə telefon əlaqəsi saxladığı da bildirilir.

 

Mayın 19-da İranın Şərqi Azərbaycan əyalətində prezidenti daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsinə dövlət başçısı İbrahim Rəisi ilə yanaşı, helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati, Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı, Prezident qvardiyasının rəhbəri Mehdi Musəvi və daha bir neçə nəfər həlak olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü yanğın: Yaralı var
Taleh Kərimov qəfil vəfat edib
Gürcüstan niyə matəm elan etdi?

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Mağazalarda saxta əskinaslarla alış-veriş edən şəxs saxlanılıb