Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109367
az

Lisey və gimnaziyalara qeydiyyat başladı

15:5820 May, 2024
58
CƏMİYYƏT
  • A

2024–2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilir.

Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Ərizə qəbulu 20 may – 13 iyun tarixlərini əhatə edəcək.

Valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim olunacaq. Şagirdlər imtahanda topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə keçiriləcək:

21 iyun – 7 və 8-ci siniflərə qəbul
22 iyun – 6-cı siniflərə qəbul
23 iyun – 5-ci siniflərə qəbul

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı, eləcə də ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz: //bit.ly/3yugIS7

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yasamalda ağaclar kəsildi - İş hüquq-mühafizə orqanlarına göndəriləcək
Yevlaxda ev yandı - Xəsarət alanlar var
İntihar və intihara cəhd hallarının sayı azalıb

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev