Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov 21-24 mayda TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin Müdafiə məsələləri komitələrinin sədrləri üçün təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Tədbirlər çərçivəsində komitə sədrinin “TÜRKPA üzv dövlətləri arasında müdafiə və təhlükəsizlik arxitekturası” mövzusunda keçiriləcək iclasda iştirakı, həmçinin Türkiyə Aerokosmik Sənayesinə, ASELSAN Akyurt kompleksinə və Baykar şirkətinə səfərləri nəzərdə tutulur.
Səfər mayın 24-də başa çatacaq.
Oxu24.com
ŞƏRHLƏR