Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109302
az

Avtoxuliqanlıq edən sürücü həbs edildi (FOTO)

10:5420 May, 2024
57
CƏMİYYƏT
  • A

Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib.

Oxu24.com xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsi məlumat yayıb.

Bildirilib ki, Qaradağ DYP-nin əməkdaşları tərəfindən avtomobilində konstruksiya dəyişikliyi etdiyi üçün “VAZ 2107” markalı, 10-LK-422 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Rüstəmli Elşən Rövşən oğlu saxlanılıb.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Rüstəmli sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Vətəndaşın narkotiklə ittiham edilməsi iddiaları əsassızdır" - DİN-dən AÇIQLAMA
"İqlimin maliyyələşdirilməsi əsas prioritetimizdir" - Muxtar Babayev
Dövlət Xidmətinə daha bir səlahiyyət verildi

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO