Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10929
az

Bədən hansı saatlarda nələr etməlidir?

00:0815 Mart, 2019
1121
CƏMİYYƏT
  • A
Qədim çinlilər orqanlar arasındakı həyat enerjisinin
hərəkətinə əsaslanaraq ideal gün rejimini hesablayıb.Oxu24.com
xarici mətbuata istinadən xəbər
verir ki, çinli alimlər belə həyat ritminin bədəni xəstəliklərdən
qoruduğunu və orqanların yaşlanmasının qarşısını aldığını iddia
edir.
Bədənin ideal qrafikini təqdim edirik:
Saat 06:00
Bu saatda istəməsək də, bədən oyanır. Amin turşuları, hormonlar
və şəkərin ifrazı başlayır. Odur ki, saat 6-da oyanmaq faydalıdır,
lakin şəkər və alkoqoldan uzaq durmalısınız.
Saat 07:00
Bu saatda ürəyin fəaliyyəti güclənir. Seks hormonları ifraz
olunur. İdman etməyin, çünki bu, ürəyin daha da yüklənməsinə səbəb
olacaq.
Acqarına bir stəkan su için və səhər yeməyi yeyin.
Saat 08:00
Bədən “yanacaq” tələb edir. Təəssüf ki, insult və infarktlar
daha çox bu zaman baş verir. Saat 8 qan analizi üçün ideal
zamandır, bir saatdan sonra stressdən dolayı qanın tərkibi artıq
dəyişəcək.
Saat 09:00
Saat 9-da bədən daha az ağrı və qorxu hiss edir. İnyeksiya və
kimyəvi üsulla müalicə üçün bu ən yaxşı vaxtdır: Fəsad olmayacaq,
şəfa isə sürətlənəcək.
Saat 10:00
Bu saat dərs üçün idealdır, çünki beyin artıq daha oyaq olur.
Beynin çətin məsələləri həll etmək və vacib qərarlar vermək
qabiliyyəti yüksəlir. Bədənin temperaturu artır.
Saat 11:00
Bədən yağ yandırır. Odur ki, ürəyiniz istədiyi hər şeyi yeyə
bilərsiniz. Ürək döyüntüsü və qan dövranı optimal səviyyəyə
çatır.
Bu saatda kardioloq müayinəsindən keçməyin, çünki diaqnoz səhv
ola bilər.
Saat 12:00
Yarım gün keçdi. Bədən keyiyib, beyin isə yaxşı deyil. Oksigen
çatışmazlığını kompensasiya etmək üçün açıq pəncərə qarşısında
oturun və otağı havalandırın.
Yeganə aktiv orqan artıq mədədir, o yeməyin həzm olunması üçün
mədə şirəsi ifraz edir.
Saat 13:00
Diqqət azalır, orqanizm həzmə proqramlaşdırılır. Saat 13:00-da
nahar edin və özünüzə kiçik istirahət verin. Yaxşı olardı ki, bu
saatda əsəbiləşməyəsiniz, naharı isə sakit şəraitdə yemək lazımdır.
Orqanizmə imkan verin ki, qidalı maddələri həzm etsin.
Saat 14:00
Saat 14:00-da yaşam gücü minimumdadır. Vücudun dincəlməyə
ihtiyacı var.
Saat 15:00
Beyin yenidən aktivləşir, çalışmağa davam edə bilərsiniz.
Maksimum diqqət və konsentrasiya. Ev işləri üçün ideal vaxtdır.


Saat 16:00

Beyindən sonra bədən oyanır. Odur ki, fiziki məşqlər üçün ideal
vaxtdır. Ağciyərlər və nəfəs yolları açılır. Təmiz havada gəzin. Bu
həm də mədəyə faydalı olacaq.
Saat 17:00
Əllə işləmək üçün əla vaxtdır. Biznesmenlər özünə daha əmin
olur, rəssamlar şedevrlər yaradır, idmançılar isə ən yaxşı
nəticələrini qazanırlar. Yeri gəlmişkən, rekordların əksəriyyəti
məhz bu vaxtda qeydə alınır.
Saat 18:00
Bu saat mədəni istirahəti üçündür. Bütün hisslər kəskinləşir.
Dırnaqlar və saçlar daha sürətlə uzanır. Bədən bir az yorğun düşür.
Sinirlər ağrı və qəzəbə daha güclü reaksiya verir.
Saat 19:00
Bu saatda bədən müalicəyə, dəri isə kosmetik prosedurlara qarşı
çox həssasdır. Dəri məsamələri açılır, diqqət zəifləyir, beyin
rahatlaşır.
Saat 20:00
Görmə qabiliyyəti güclənir. Geyim seçimi üçün ən yaxşı vaxtdır.
20:00-dək şam etmək lazımdır, çünki bundan sonra orqanizm
zəifləyir.
Qaraciyər fəal işləyir, odur ki, bu saatda spirtli içkilər qəbul
etmək daha məntiqlidir.
Saat 21:00
Bədənin temperaturu və maddələr mübadiləsi aşağı düşür. Saat
21:00-dan sonra yemək olmaz. Yemək tam həzm olunmur. Sadəcə mədə və
qaraciyər işləyir.
Saat 22:00
Qaraciyər işini dayandırır. Siqaret çəkməyin, çünki bütün
nikotin dərhal orqanizmə daxil olacaq, qaraciyər isə onu
təmizlənməyəcək.
Saat 23:00
İstəməsək də, yuxuya getməyə başlayırıq. Bədən boşalır. Maddələr
mübadiləsi, temperatur, ürək və sinirlərin aktivliyi minimuma qədər
azalır.
Stress hormonu kortizol artıq istehsal olunmur. Cavan qalmaq
istəyirsinizsə, yatağa bu saatda girmək lazımdır: dərinin
hüceyrələrinin bərpası başlayır.
Saat 24:00
Bədən növbəti gün üçün bütün resurslara qənaət edir. Bu anda
yatmaq lazımdır.
Saat 01:00-dan 03:00-a qədər
Bu zaman bütün hisslər kütləşir. Ehtiyatlı olun, fəlakətlər,
bədbəxt hadisələr və qəzalar bu saatlarda baş verir. Bu zaman evdən
çıxmamaq daha yaxşı olar.
Saat 03:00-dan 05:00-a qədər
Qan təzyiqi minimuma çatır.
Ən azı bir neçə gün ərzində bu rejimi müşahidə etməyə çalışın və
nəticəni görəcəksiniz! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Marketlərdə su qiymətinə satılan farşın TƏRKİBİ: Toyuq ayağı, qığırdaq, iç piylər...
Professor izah etdi: Qəhvə içənlərin bədənlərində 8 dəfə çoxdur
Hansı kərə yağını almaq daha yaxşıdır: 72, yaxud 82 faizli - fərq nədir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda mənzildən çürümüş        meyit     tapıldı