Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109283
az

İspaniya və Argentina arasında gərginlik yaranıb

08:2320 May, 2024
135
DÜNYA
  • A

İspaniya Xarici İşlər Nazirliyinin rəhbəri Xose Manuel Albares bildirib ki, Madrid dövlət başçısı Xavyer Maylinin İspaniyanın baş naziri Pedro Sançesin həyat yoldaşı haqqında söylədiyi sözlərdən sonra ölkənin Argentinadakı səfirini geri çağırmaq qərarına gəlib.

 

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə Nazirin X (keçmiş Twitter) səhifəsində məlumat verilib.

 

Albares Buenos-Ayresdəki səfiri qeyri-müəyyən müddətə məsləhətləşmələr üçün geri çağırdığını açıqlayıb.

 

Nazirin sözlərinə görə, Mayli diplomatik adətləri və ölkələr arasında birgəyaşayışın əsas qaydalarını pozmaqda günahkardır.

 

Infobae portalının verdiyi məlumata görə, Miley Europa Viva 24 tədbirində çıxışı zamanı Sançesin həyat yoldaşını “korrupsioner” adlandırıb.

 

O, həmçinin xəbərdarlıq edib ki, sosializm yoxsulluğa aparır.

 

Bundan əvvəl məlum olub ki, məhkəmə inauqurasiya günü Argentina prezidenti Xavyer Mayliyə butulka atan Qaston Merkansinini 3,5 il müddətinə azadlıqdan məhrum edib.

 

Dekabrın 10-da prezident konqresdən hökumət binasına kabrioletlə gedərkən məhkum Mayliyə şüşə butulka atıb. Şüşə təhlükəsizlik işçilərindən birinə dəyib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya ilə İran arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb
Polşada tələbələr nasist mahnıları oxuyub, svastika şəklində zəncəfilli peçenye bişiriblər
Paşinyan Köçəryana və Sarkisyana çağırış edib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi