Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin Çerkaska Lozova kəndini atəşə tutması nəticəsində ölənlərin sayı beşə çatıb.
“Report” xəbər verir ki, bu barədə Xarkov vilayətinin polisi məlumat yayıb.
Bildirilib ki, ölən beş nəfərdən biri yeddiaylıq hamilə qadındır. Qeyd olunub ki, hadisə Çerkaska Lozova kəndindəki istirahət mərkəzində olub. Məlumata görə, Rusiya Silahlı Qüvvələri ərazini “İskander” raketi ilə atəşə tutublar.
Eyni zamanda, olayda biri 8 yaşlı uşaq olmaqla 16 nəfərin yaralandığı diqqətə çatdırılıb. Yaralılardan səkkizi ağır vəziyyətdədir.
Oxu24.com
ŞƏRHLƏR