Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109250
az

Polis erməni deputatları sərhədimizə buraxmadı

16:0019 May, 2024
124
MANŞET
  • A

Hüquq-mühafizə orqanları müxalifət deputatlarını Kirants kəndinə buraxmayıb.

OXU24.COM xəbər verir ki, bunu “Ermənistan” fraksiyasından olan deputat Aqnessa Xamoyan deyib.

Xamoyanın sözlərinə görə, o, beş deputatla birlikdə Tavuşa kənd sakinlərinə dəstək olmaq və bu anlarda onların yanında olmaq üçün gəlib, ancaq Kirantsa girə bilməyiblər.

Hüquq-mühafizə orqanları kənddə aparılan işlərə görə deputatları buraxmadıqlarını deyirlər. Deputatlarla danışıqları Tavuş polisinin rəisi Artur Mkrtçyan aparıb.

Qeyd edək ki, delimitasiyadan sonra Kirantsda bəzi evlər və torpaq sahələrinin Azərbaycan ərazisinə düşdüyü təsdiqlənib. Həmin evlərin boşaldılması üçün erməni sakinlərə 24 iyuna qədər vaxt verilib.

Ermənistan müxalifəti isə bundan siyasi məqsədlər və təxribat üçün istifadə etməyə çalışır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır - FOTO
İran-Azərbaycan sərhədində yeni gömrük terminalı tikilir
Alim Qasımovun nəvəsinin nişanıdır -VİDEO