İsrail və Fələstinin Həmas hərəkatı arasında əsirlərin mübadiləsinə dair danışıqlar tərəflər arasında ziddiyyətlər səbəbindən dayandırılıb.
Oxu24.com xəbər verir ki, bu barədə mənbəyə istinadən Kan teleradio şirkəti məlumat yayıb.
Həmsöhbətin sözlərinə görə, vasitəçi qismində çıxış edən Misir və Qətər israilli girovların azad edilməsi müqabilində hərbi əməliyyatların dayandırılmasını əsas şərt adlandırıblar.
Razılaşmaya tərəflər arasında “müharibənin sonu” ifadəsi ilə bağlı fikir ayrılığı və İsrailin HƏMAS-ın israr etdiyi bəzi terrorçuları azad etməkdən imtina etməsi səbəb olub.
“Misir və Qətər HƏMAS-ın mövqeyini dəstəkləyib, bu da İsraillə razılaşmaya imkan vermir”, - mənbə bildirib.
Bundan əvvəl Fələstinin HƏMAS hərəkatı İsrail ordusunun Rəfahdakı hərəkətləri səbəbindən İsraillə dialoqun dayandırıldığını bildirmişdi.
Hərəkatın bəyanatında HƏMAS-ın danışıqlar prosesindən geri çəkilmədiyi və onu dayandırmadığı, lakin İsrail ordusunun Rəfahda açdığı atəşin müzakirələri dalana dirəndiyi bildirilib.
İsrail daha əvvəl ABŞ-a xəbərdarlıq etmişdi ki, HƏMAS ilə danışıqlar silah tədarükündəki fasilə səbəbindən pozula bilər.
Miri
Oxu24.com
ŞƏRHLƏR