Müğənni Aysel Əlizadənin ailəsini dağıtdığını iddia edən Turanə adlı qadın yenidən "Səni axtarıram" proqramına qatılıb.
Qadın danışmaq üçün əvvəlcə qorunmasını istəyib. O, aparıcı Xoşqədəm Hidayətqızına "Təhlükəsizliyimi nəzarətə götürürsünüzsə, çox şey danışacam. Mənə hədə-qorxu gəlirlər. Mən bura övladım üçün gəlmişəm" sözlərini deyib.
Proqramda Ayselə iş adamı Elçin Nəcəfovun bağışladığı "Porsche" markalı avtomobil nümayiş edilib. Bildirilib ki, maşının dövlət nişanında qeyd edilən "EA" Elçin və Ayselin adının baş hərfidir.
Qadın ərinin onu silahla hədələdiyini söyləyib. O, daha sonra ailəsi müğənnilər tərəfindən dağılan qadınlara müraciət edib.
Qeyd edək ki, Turanə 13 illik ailəsini Ayselin dağıtdığını bildirib. O, övladını məhkəməninin ona verdiyini, amma ərinin onun əlindən aldığını söyləyib:
"Məndən məcbur notariusdan kağız aldı, qızımızı apardı Gürcüstana".
48 yaşlı Elçinin avtosalonları var və tikinti işi ilə məşğuldur. Oxu24.com
ŞƏRHLƏR