Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109210
az

Hindistan və Pakistan Qırğızıstandakı vətəndaşlarına müraciət edir

14:0718 May, 2024
156
DÜNYA
  • A

Bişkekdəki iğtişaşlardan sonra Hindistan və Pakistanın Qırğızıstandakı səfirlikləri soydaşlarını ehtiyatlı olmağa çağırıb.

 

Oxu24.com xəbər  verir  ki, bu barədə TASS diplomatik nümayəndəliklərin məlumatlarına istinadən məlumat yayıb.

 

Pakistan səfirliyi Bişkekdəki bir neçə tibb universitetinin yataqxanasına və Hindistan, Pakistan və Banqladeş vətəndaşları da daxil olmaqla əcnəbi tələbələrin yaşadığı əraziyə hücum edildiyini bildirib.

"Hazırda vəziyyət sakitdir, lakin tələbələrə hələlik evdə qalmaları və hər hansı problem yaranarsa səfirliklə əlaqə saxlamaları tövsiyə olunur", -  deyə Hindistanın  diplomatik nümayəndəlii bildirib.

 

Mayın 18-nə keçən gecə yerli sakinlərlə əcnəbilər arasında baş verən davadan sonra mindən çox insan Bişkekin mərkəzinə toplaşıb. 24.kg agentliyi xəbər verir ki, Bişkekin mərkəzində daxili qoşunlar insanların toplaşdığı küçəni mühasirəyə alıb. Hadisə yerinə su şırnaqları gətirilib. Yataqxanada baş verən qarşıdurmadan sonra çoxlu insan toplaşıb. Daxili qoşunlar küçəni mühasirəyə alıb. Agentliyin məlumatına görə, təhlükəsizlik qüvvələri Çuyski prospekti ilə 7 aprel küçəsinin kəsişməsində dayanıb. Etirazçılar kütləvi davada iştirak edənlərə ədalət tələb ediblər.

Daha sonra insanlar Mərkəzi Daxili İşlər İdarəsinin rəisi ilə söhbətdən sonra dağılışmağa razılaşıblar. Qırğızıstanın Səhiyyə Nazirliyi Bişkekin mərkəzində baş verən iğtişaşlardan sonra 29 nəfərin öldüyünü bildirib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bayden oğlunu  əfv       etdi
Ermənistanda  zəlzələ    oldu
İran XİN rəhbəri Dəməşqdən Ankaraya getdi

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Polis 1,6 kq narkotik aşkarlayıb