Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109172
az

Fransa prokurorluğu Yeni Kaledoniyada iğtişaşlarla bağlı istintaqa başlayıb

20:3217 May, 2024
132
DÜNYA
  • A

Fransada Yeni Kaledoniyada (respublikanın xaricdə yerləşən ərazisi) iğtişaşların təşəbbüskarları ilə bağlı rəsmi araşdırma başlanıb.

 

Oxu24.com xəbər  verir  ki, Prokuror Yves Dupas bu barədə Outre-mer La Premiere telekanalında məlumat verib.

 

Prokuror bildirib  ki, istintaq “mütəşəkkil dəstənin tərkibində cinayət törətmək, oğurluq, ziyan vurmaqla törədildikdə” maddələri ilə açılıb və “ili çəkənlərə, başqa şəxslərdən, xüsusilə də gənclərdən istifadə etməklə cinayət törətmiş şəxslərə qarşı yönəldiləcək. 

 

O, həmçinin bildirib ki, Yeni Kaledoniyada iğtişaşlar zamanı polis 163 nəfəri saxlayıb.

 

Yeni Kaledoniya Fransanın Sakit Okeandakı xarici ərazisidir. Mayın 13-də Noumea şəhərində mitinq keçirilib, onun iştirakçıları yerli seçkilərdə seçki korpusunun genişləndirilməsi ilə bağlı Fransanın konstitusiya qanun layihəsinə qarşı çıxıblar.

 

Daha sonra nümayiş iğtişaşlara çevrilib, iştirakçılar dükanları, aptekləri və yanacaqdoldurma məntəqələrini qarət edib, yandırıblar.

 

Mayın 15-də prezident Emmanuel Makron Yeni Kaledoniyada baş verən iğtişaşlarla əlaqədar Respublika Müdafiə Şurasının iclasını elan edib.

 

Mayın 16-da məlum olub ki, Fransa hakimiyyəti dəniz limanları və xarici ərazilərin hava limanlarının mühafizəsi üçün hərbçiləri cəlb etmək qərarına gəlib.

 

 

Əvvəllər məlum olmuşdu ki, Yeni Kaledoniyadakı qırğınlardan üç gün ərzində 200 milyon avro zərər çəkib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə zəlzələ oldu
Suriyanın şimalında 6 terrorçu məhv edildi
Putinlə görüşmək üçün Moskvaya gələn Avropa lideri kimdir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Xaçmazda evdən qadının meyiti tapıldı