Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109168
az

Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ

20:0817 May, 2024
189
CƏMİYYƏT
  • A

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kərə və bitki yağlarının satışını həyata keçirən ticarət obyektlərinin sahiblərinə və istehlakçılara müraciət edib.

Bildirilib ki, bir sıra ticarət obyektlərində kərə və bitki yağları eyni satış sahələrində (vitrin) yerləşdirilir. Bu isə istehlakçı hüquqlarının pozulması hallarına gətirib çıxarır. Ona görə də belə halların qarşısını almaq üçün market və digər ticarət obyektlərində kərə və bitki yağlarının satışı ayrı-ayrı sahələrdə təmin olunmalıdır. Həmçinin müvafiq vitrinlərin üzərində "Kərə yağları" və "Bitki yağları" yazılmış ayrı-ayrı lövhələr qoyulmalıdır.

OXU24COM  xəbər verir ki, mövzu ilə bağlı Referans.az-a Qida təhlükəsizliyi hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova danışıb:

"Yağ orqanizm üçün faydalı olan qida məhsullarındandır. Yağ alarkən istehlakçıların keyfiyyətli yağlardan istifadə etməsi ən vacib şərtlərdən biridir. Lakin, bu gün satışda həm keyfiyyətsiz yağlar, həm də qida hiylələrindən istifadə olunaraq paketlənmiş yağlar var ki, hansı ki, bəzən istehlakçılar bu barədə məlumatsız olur. Üzərlərində "kərə yağı" yazılsa da, içərisində hər hansı bitki mənşəli və ya hidrogenləşdirilmiş yağ, yaxud da marqarin, spred yağı olduğu bildirilir. Bu təmamilə qida hiyləsidir və insanların kərə yağı adı altında istifadə etdikləri yağ əslində kərə yağı olmur. "Bitki yağı" adı altında yağ alan zaman da etiket məlumatlarına diqqət edilməlidir. Məlumatlarda əgər kərə yağıdırsa, onun ən azı 70 faizə qədəri kərə yağından və kərə tərkibli süd yağından ibarət olmalıdır. Əgər hər hansı qarışıqlardan istifadə olunubsa, keyfiyyətli yağ kimi alınmasına yol vermək olmaz. AQTA -nın bitki və kərə yağlarının ayrı-ayrı löhvəhələrdə qoyulması ilə bağlı çağırışları var. Əlbəttə ki, bütün məhsullar haqda istehlakçı məlumat əldə etmək hüququna malikdir. Eyni zamanda aldadıcı, biznes maraqları çərçivəsində markalanmaq olmaz".

Müsahib qeyd edir ki, bəzən olur ki, hər hansı yağların üzərində inək şəklindən istifadə olunaraq, fərqli yağlar satılır ki, bu da insanların gələcəkdə sağlamlığına ciddi təsir göstərir:

"Mütləq şəkildə mənşəyi bəlli, olan, istehsalçı şirkət haqqında tam məlumatları, içərisindəki inqridientləri qeyd olunan, istehsal tarixi və son istifadə müddətinə diqqətinə yetirmək lazımdır. Saxlama şəraitinə də diqqət etmək lazımdır. Yağlar digər qida məhsulları ilə birlikdə saxlanmamlıdır. Əks halda, yağların dad, qoxusu və görünüşündə dəyişikliklər olur ki, bu da fəsadlara yol aça bilər. Faydalı yağ daxili orqanların funksyasını normal yerinə yetirə biməsi üçün gündəlik lazımdır. Yoxsa bu ürək- damar xəstəliklərinə, digər xəstəliklərə yoluxma riski çoxalır. Müvafiq qurum tərəfindən baxış olduqda yağların tərkibi ilə bağlı çatışmazlıqlar, uyğunsuzluqlar, sanitar qaydalara riaiyət olunmaması aşkar olunur".

Qida mütəxəssisi deyir ki bəzən istifadə müddəti bitmiş kərə yağını anbarda saxlayıb, yenidən digər yağlarla qarışdıraraq emal edib satışa buraxırlar ki, bu kimi hallar da keyfiyyətsiz məhsulların satışa çıxmasına səbəb olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu tərəvəzdən bol-bol yeyin:İki dərddən AZAD OLACAQSINIZ
Bəkməzə 1 qaşıq qatın: Faydasını 30 qat artırır,sümükləri "beton" kimi, xolesterolu yox edir
Bu istiqamətdə əlavə qatar reysi təşkil ediləcək

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Qafar Dəmirçinin şikayəti rədd edildi- Həbsdə qaldı