"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti Novruz bayramı ilə əlaqədar tədbirlər planı hazırlayıb.
Oxu24.com xəbər verir ki, bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 19-20 mart tarixlərində retro vaqonlar yenidən xəttə buraxılacaq: "Retro vaqonlardan ibarət qatar tərkibi bayram günlərində xəttə buraxılacaq. Həmin qatar tərkibi SSRİ metropoliteninin "A" tipli vaqonu, 1956-cı ildə istehsal olunan "B" tipli və 1970-ci illərdə istehsal olunan "E-J" tipli vaqonlardan ibarət olacaq".
B.Məmmədovun sözlərinə görə, bu bayramda metroda sərnişinləri daha əyləncəli proqram gözləyir: "Bu vaxta qədər Novruz bayramı ərəfəsində metro stansiyalarında yalnız konsert proqramları olurdu. Bu il isə konsert proqramları ilə yanaşı, bayram günlərində metroda elektron musiqi də səsləndiriləcək. İlk dəfə olaraq metroda keçəl və kosa da olacaq. Bu rolları peşəkar aktyorlar ifa edəcəklər. Kosa və keçəl azyaşlılara bayram hədiyyələri paylayacaq. Bayram tədbiri martın 19-da, saat 14:00-da "İçəri Şəhər" stansiyasında başlayacaq". Oxu24.com
ŞƏRHLƏR