Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10911
az

“Ayselin münasibətdə olduğu insanla problem yaranıb, anasının üstünə təcili yardım gəlib”

18:2414 Mart, 2019
732
CƏMİYYƏT
  • A
 Müğənni Aysel Əlizadənin sevgilisi ilə münasibətlərindən ciddi problem yaranıb.
Bu barədə “Oxu24.com”a açıqlamasında sənətçinin prodüseri Daşqın Rzazadə məlumat verib. D.Rzazadənin sözlərinə görə, Aysel Əlizadənin iş adamı ilə münasibəti barədə məlumatsızdır:

“Mən belə bir münasibətin olmasından xəbərsizəm. Dünəndən özüm də Aysellə əlaqə saxlaya bilmirəm. Aysel iki ildir yaradıcılıq işləri ilə əlaqədar Türkiyədə yaşayır, şirkətlə müqaviləsi var. Sadəcə, arada gəlib anasını, bacısını görür. Ayselin hazırda münasibətdə olduğu insan var, nişanı, toyu olacaqdı. İndi münasibətlərində problem yaranıb. Anasının üstünə təcili yardım gəlib. Dünəndən qohum-əqrəbada aləm bir-birinə dəyib. Ayselin yeddi il əvvəl “Porşe”si olub. Səkkiz aydır Aysel Əlizadə ilə işləyirəm, həmin iş adamının evinə getməsi barədə məlumatsızam”.

Qeyd edək ki, “Səni axtarıram” verilişinin dünənki buraxılışında Turanə adlı qadın bildirib ki, A.Əlizadə onun 13 illlik ailəsini dağıdıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lukaşenko yenidən PREZİDENT SEÇİLDİ
Xaçmazda gənc dostu tərəfindən bıçaqlandı
Əfsanəvi pilotun qəzadan öncəki SƏS YAZISI YAYILDI -İDDİA