Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109109
az

Tovuzda maye qazdoldurma məntəqələrinin istismarı dayandırıldı - VİDEO

12:4017 May, 2024
100
CƏMİYYƏT
  • A

Tovuz rayonunun Yuxarı Öysüzlü və Dondar Quşçu kəndlərində fəaliyyət göstərən qazdoldurma məntəqələrinin istismarı dayandırılıb.

Oxu24.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Tovuz rayonunun Yuxarı Öysüzlü və Dondar Quşçu kəndlərində fəaliyyət göstərən fərdi sahibkar Qasımov Aydın Məhəmmədəli oğluna məxsus maye qazdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqələrində istismar olunan tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqələrinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq
Ukraynaya 4,2 milyard avro dəyərində yeni yardım
Qanuna qarşı aksiya planı: “Reket jurnalistlər” şantaja başladı

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO