Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109079
az

Papa İstanbula gəlmək istəyir - Türkiyə hökumətindən icazə alınacaq

09:3317 May, 2024
1355
DÜNYA
  • A

Papa I Fransisk gələn il Nikea Birinci Ekumenik Şurasının ildönümünü qeyd etmək üçün Türkiyəyə səfər etməyi planlaşdırır.

OXU24.COM "Reuters"ə istinadla xəbər verir ki, bu barədə cümə axşamı dünya pravoslav xristianlarının ruhani lideri məlumat verib.

Xristianlığın ilk əsrləri İsanın necə həm Allah, həm də insan ola biləcəyi ilə bağlı qızğın mübahisələrlə yadda qaldı və Kilsə bu məsələni 325-ci ildə Nikea Birinci Ekumenik Şurasında həll etdi.

İqamətgahı İstanbulda olan Ekumenik Patriarx Bartolomey Portuqaliyanın paytaxtı Lissabonda təşkil edilən tədbirdə deyib ki, Papa Fransisk bu mühüm ildönümünü birlikdə qeyd etmək istəyir.

O, qeyd edib ki, Fransisk Nikea Birinci Ekumenik Şurasının şəhəri olan İznikə yola düşməzdən əvvəl İstanbuldakı Konstantinopol Ekumenik Patriarxlığını ziyarət etmək niyyətindədir.

Ekumenik Patriarx Varfolomey də səfərin təşkili üçün komissiyanın yaradıldığını və Vatikanın yaxın vaxtlarda bu məsələ ilə bağlı Türkiyə hökuməti ilə əlaqə saxlayacağını bildirib.

Qeyd edək ki, Frensisk dekabrda 88 yaşını qeyd edəcək. Səhhətinə görə beynəlxalq səyahət onun üçün getdikcə çətinləşir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Astana hava limanında uçuş-enmə    zolağı      bağlandı
Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə - Yeniləndi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı