Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109023
az

AFFA “Zirə”yə xəbərdarlıq etdi

14:2016 May, 2024
97
  • A

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XXXIV turunda baş tutan “Zirə” - “Qarabağ” matçında yaşananlara görə meydan sahiblərinə xəbərdarlıq edib.

Oxu24.com qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, buna səbəb “Zirə” azarkeşlərinin 89-cu dəqiqədə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi olub.

Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə AFFA xəbərdarlıqla kifayətlənib.

Sözügedən matçda 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” 700 manat cərimələnib.

XXXIV turun “Neftçi” – “Kəpəz” oyununda Şakir Seyidov 75-ci dəqiqədə ciddi qayda pozuntusuna yol verdiyinə və bu səbəbdən qırmızı vərəqə ilə meydandan qovulduğuna görə Gəncə klubu 1500 manat cərimələnib. Futbolçu isə iki oyunluq diskvalifikasiya edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Cüdoçumuz “Böyük Dəbilqə”də qalib oldu
Ronaldo unikal rekorda    imza    atıb
Millimizin Avropa Kubokundakı    rəqibləri     bilindi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Qanunsuz saxlanılan silahlar polisə   təhvil    verildi