Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
109007
az

Azərbaycanın su ehtiyatları 15 faizədək azalıb

12:0016 May, 2024
131
  • A

İqlim dəyişiklikləri dünya ictimaiyyətini ciddi narahat edir.

Oxu24.com xəbər verir ki, bu sözləri ADA Universitetində keçirilən İqlim-Su Zirvəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov deyib.

O, iqlim dəyişmələrinin su ehtiyatlarına olduqca mənfi təsir etdiyinə diqqət çəkib: “Ölkədə su obyektləri üzərində müşahidələr aparılır. Biz qlobal istiləşmənin bu sahədə yaratdığı fəsadların şahidi oluruq. Məhz bu səbəbdən, Azərbaycanın su ehtiyatlarında 15 faizə qədər azalma var”.

Ə.Əsgərov bu il COP29-un Azərbaycanda keçirilməsini mühim hadisə kimi dəyərləndirib:

“COP29-da yaşıl planet və sağlam gələcək naminə üzləşə biləcəyimiz problemləri idarə etmək üçün geniş müzakirələr aparılacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO