Qaynar xətt:

(+99450) 247 90 86

Rusiyada  oğurluq etdiyinə görə saxlanılan amerikalı hərbçi günahını etiraf edib

DÜNYA

119

16.05.2024, 09:58

Rusiyada oğurluqda təqsirləndirilən amerikalı hərbçi Qordon Blek günahını etiraf edib

 

Oxu24.com  bu barədə regionun hüquq-mühafizə orqanlarına istinadən xəbər verir.

 

İstintaqla əlaqə tərcüməçi vasitəsilə ingilis dilində aparılır.

 

Amerlikalı  hərbçi  Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 2-ci hissəsinin “c” bəndi ilə təqsirləndirilir: “Vətəndaşa xeyli ziyan vurmaqla törədilən oğurluq”.

 

Məhkəmə tərəfindən təqsirli bilinərsə, mümkün olan maksimum cəza beş ilə qədər həbsdir.

 

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 34 yaşlı amerikalı 32 yaşlı Rusiya vətəndaşını qarət edib.

 

 Aprelin 10-da ABŞ vətəndaşı rusiyalı qadınla görüşə gəldikdən sonra onlar mübahisə edib, bundan sonra o, külli miqdarda pulun oğurlandığını aşkar edib və polisə müraciət edib.

 

Nigar