Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108979
az

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

09:2416 May, 2024
128
  • A

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir".

OXU24.COM bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib.

"İlk növbədə, qida rasionundan yağlı, ədviyyatlı, duzlu, turş, çox soyuq və ya isti qidaları xaric etmək tövsiyə olunur. Bütün bunlar boğazın arxa divarının qıcıqlanmasına səbəb ola bilər. Həmçinin müəyyən içkilərdən istifadə etmək də tövsiyə edilmir. Bunlara qazlı, spirtli və isti içkilər, turş şirələr daxildir", - deyə həkim izah edib.

Otorinolarinqoloq qeyd edib ki, boğaz ağrısı zamanı siqaretdən də çəkinmək lazımdır. Tütün tüstüsünün zəhərli komponentləri ağız-udlağın selikli qişasına pis təsir edir, onu zədələyir və iltihaba səbəb olur.

Zirkuyeva əlavə edib ki, həkimlə məsləhətləşmədən antibiotik qəbul etmək, inhalyatorlardan və ya spirt tərkibli spreylərdən istifadə etmək olmaz, çünki bu, boğazda şişkinlik və təhlükəli ağırlaşmalara səbəb ola bilər.

"Boğaz ağrısından qurtulmaq üçün qarqara etmək, ağrını yüngülləşdirmək və su balansını qoruyub saxlamaq üçün xüsusi sovurma pastillərdən istifadə etmək olar", - deyə otorinolarinqoloq yekunlaşdırıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şahin Bağırov iki rəisi işdən çıxardı
Azərbaycan XİN Çinə başsağlığı verdi
Prezident yerli televiziya kanallarına müsahibə verdi -FOTO

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü