Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanuna etiraz aksiyası davam edir.
Mitinqin görüntülərini Gürcüstanın “Mtavari Arxi” telekanalı canlı yayımlayıb.
Əksəriyyəti gənclər və universitet tələbələri olan etirazçılar Vake parkından Qəhrəmanlar meydanına doğru yürüş təşkil ediblər.
Aksiyanın iştirakçıları Tbilisinin əsas nəqliyyat mərkəzlərindən biri olan Qəhrəmanlar meydanını bağlayıblar.
Nümayişin dinc şəraitdə keçirildiyi bildirilir.
Qeyd edək ki, Gürcüstan parlamenti mayın 14-də keçirilən plenar iclasda “Xarici agentlər haqqında” qanunu üçüncü oxunuşda qəbul edib.
Oxu24.com
ŞƏRHLƏR