Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108970
az

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB

23:4915 May, 2024
175
DÜNYA
  • A

Avropa İttifaqının (Aİ) tənzimləyici orqanları "Microsoft" korporasiyasına qarşı antiinhisar qanunlarını pozduğuna görə ittiham irəli sürməyə hazırlaşırlar.

OXU24.COM  bildirir ki,  Avropa Komissiyası (AK) Amerika İT nəhənginə qarşı monopoliya yaratmaqda ittiham irəli sürəcək. Səbəb mesajlaşma, video zənglər və sənədlər üzərində birgə iş üçün nəzərdə tutulmuş "Teams" korporativ servisi olub.

Brüsseldə hesab edirlər ki, "Teams" oxşar xidmətlər üçün bazarda rəqabəti pozur, çünki tətbiq "Windows" əməliyyat sistemi və "Microsoft"un digər məhsulları ilə sıx inteqrasiya olunub. Servis, həmçinin istifadəçi məlumatlarının başqa platformalara ötürülməsinin qarşısını alır. Əgər "Microsoft"un günahı sübuta yetirilərsə, korporasiya qlobal illik dövriyyənin on faizinə qədər böyük məbləğdə cərimə ödəməli olacaq.
 

Aprel ayında tənzimləyici yoxlamalardan yayınmaq istəyən "Microsoft", "Teams"i "Office" proqram paketindən ayırıb. Məlumata görə, rəsmi ittiham bir neçə həftə ərzində irəli sürülə bilər.

Xatırladaq ki, 2013-cü ildə Aİ "Windows" istifadəçilərinə "Internet Explorer" brauzerini təklif etdiyi üçün "Microsoft"u 561 milyon avro cərimələyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Atasına etdiyi zarafat gənc qadının həyatını dəyişdi - FOTO

Çində yayılan yeni virus İrana yaxınlaşır
Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi