“Hizbullah” radikal şiə təşkilatının yaraqlıları 100-dən çox raket ataraq, İsrailin şimalına birgə hücum həyata keçirib.
Oxu24.com xəbər verir ki,əsas zərbə Meron bazasındakı İsrail hava nəzarət bölməsinin qərargahına dəyib.
“Livandan 60 raketin atılması nəticəsində Meron hərbi bazasına dəyən ziyan qeydə alınıb”, - deyə İDF sözçüsü bildirib.
Həmçinin qeyd edilir ki, İsrailin şimalındakı Şebaya da iki onlarla raket göndərilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR