Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108963
az

"Mona Liza"nın sirlərindən biri AÇILDI

23:1015 May, 2024
276
CƏMİYYƏT
  • A

İtaliyalı alim Enn Pizzorusso sənət tarixinin ən sirli rəsmlərindən biri olan Leonardo da Vinçinin "Mona Liza" əsəri ilə bağlı unikal tapıntılarını təqdim edib. 

OXU24.COM xəbər verir ki, alim "Mona Liza"  əsərinin fonunda təsvir edilmiş mənzərənin harada yerləşdiyini araşdıraraq tapıb.

Geoloq və sənət tarixçisi Ann Pizzorusso Leonardo da Vinçinin "Mona Liza" əsərini İtaliyanın şimalındakı Lombardiya bölgəsindəki Komo gölünün sahilində yaratdığını irəli sürüb. 

O, əsərdəki mənzərəni, digər klassik mənzərə rəsmləri ilə müqayisə edib, 14-cü əsrdə Lecco bölgəsinin relyefinin məhz belə görünməsi qərarına gəlib.

Əvvəllər tədqiqatçılar Mona Lizanın fonunda görünən körpüyə diqqət yetirərək, onun Bobbio şəhərində və ya Arezzo əyalətində tikildiyini irəli sürmüşdülər. Lakin Pizzorussonun fikrincə, təkcə körpü rəsmin çəkildiyi yeri dəqiqləşdirmək üçün əsas ola bilməz. Alimin əsas arqumenti ərazinin geologiyası idi. Lecco bölgəsindəki qayalar, Leonardonun rəsmlərindəki boz-ağ fona uyğun gələn əhəngdaşıdır. Bundan əlavə, Bobbio və Arezzoda Mona Liza portretinin fonunda aydın görünən göl yoxdur.

Anne Pizzorusso vurğulayır ki, onun tədqiqatı geologiya və sənət tarixinin biliklərinin birləşməsinə əsaslanır və o, konkret faktlara əsaslanaraq həqiqətə yaxınlaşmağa çalışır. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampdan daha bir qalmaqallı QƏRAR: Milli Səhiyyə İnstitutunun fəaliyyətini dayandırdı
Meymunçiçəyi cinsi yolla keçir: Ölkəyə gəlib-gedənlərdən məcburi test götürülə bilər
Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib