ABŞ-nin Dövlət katibi Antoni Blinken ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefonla danışığı olub.
"OXU24.COM "un ABŞ bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
O qeyd edib ki, telefon danışığında Yaxın Şərqdə davam edən münaqişə ilə bağlı fikir mübadiləsi aparılıb.
"Blinken və Fidan girovların azad edilməsini və Qəzzada dərhal atəşkəsə nail olmaq üçün səyləri müzakirə ediblər. Həmçinin regionda qalıcı sülhün təmin edilməsi üçün davam edən səylər ətrafında fikir mübadiləsi aparılıb", - Miller vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR