Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108934
az

Bakı metrosunda sərnişinin halı pisləşdi, qatar yubandı

18:4815 May, 2024
110
MANŞET
  • A

“Yaşıl xətt” üzrə "Nizami" metro stansiyasından "28 May" stansiyası istiqamətində hərəkətə başlayan qatarın maşinistinə salonda bir sərnişinin halının pisləşməsi barədə məlumat verilib və qatarın dayandırılması tələb olunub.

Publika.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, maşinist qatarı təcili əyləcləmə edərək dayandırıb. Sərnişinlər vaqonun qapılarının "qəza-açma kranı"ndan istifadə edərək sərnişini platformaya çıxarıblar. Maşinist məcburi qaydada sonuncu vaqona qədər gedərək, "qəza-açma kranı"nı yerinə qaytarıb və kabinaya dönərək hərəkəti bərpa edib.

Nəticədə, 10 dəqiqə yubanma yaranıb. Hazırda yubanmanın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.

Halı pisləşən gənc xanıma "Nizami" stansiyasında dərhal ilkin yardım göstərilməklə təcili tibbi yardım xidməti dəvət edilib. Tibbi yardım göstərildikdən sonra xanım sərnişin ailə üzvü ilə birlikdə yoluna davam edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda icra hakimiyyətinin əməkdaşı ailəsi ilə birgə həlak oldu -FOTO/YENİLƏNDİ
Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA
Gürcüstan AŞPA-da fəaliyyətini dayandırdı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU