Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108932
az

Çeçenistanda parlamentin yeni rəhbəri seçilib

19:0715 May, 2024
135
DÜNYA
  • A

Çeçenistan parlamenti gizli səsvermədə əvvəllər sədr müavini olmuş Şaid Camaldayevi yeni spiker seçib.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

“Bu gün mənə çox məsuliyyət verildi. Sizin köməyinizlə, hamının köməyi ilə biz bunun öhdəsindən gələcəyik. Mən xalqımızın və liderimizin rifahı üçün çalışacağam”, - deyə Camaldayev bildirib.

 

Camaldayevin 69 yaşı var, təhsili üzrə deputat, aqronom alim və siyasi elmlər namizədidir.

 

Mayın 15-də Çeçenistan parlamentinin əvvəlki sədri Maqomed Daudov istefa verib.

 

O, doqquz il bu vəzifədə çalışıb. O, əvvəllər Çeçenistan hökumətinə rəhbərlik edib və yerli təhlükəsizlik qüvvələrinə cavabdeh olub. Daudov respublikanın ikinci adamı və Ramzan Kadırovun “sağ əli” adlanır. O, çeçen müharibəsinin veteranıdır, silahlıları "gecə-gündüz dağlarda" şəxsən yaxalayır və bu yaxınlarda Ukraynaya könüllülərin göndərilməsi qərargahının işinə nəzarət edir.

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"
Moldovaya Dnestryanı problemi güc yolu ilə həll etməmək barədə xəbərdarlıq edilib
Konqres Trampı ABŞ seçkilərinin qalibi elan edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var