ABŞ-da təqaüdçü təxminən 70 il əvvəl daxil olduğu universitetin diplomunu alıb.
Oxu24.com xəbər verir ki, qadının maraqlı həyat hekayəsi First Alert 4-də yayımlanıb.
91 yaşlı Meri Ellen Foli ilk dəfə 1950-ci ildə, erkən uşaqlıq təhsili üzrə bakalavr dərəcəsi qazanmaq üçün Southwest Missouri College-də (indiki Missuri State University) oxuyarkən tələbə olub.
Beş il sonra o, Missuri Universitetinin heyvan elmləri fakültəsinin tələbəsi ilə evləndi və özü məktəbə köçüb.
Foley məzun olmağa hazırlaşarkən hamilə olduğu üçün təhsikli yarımçıq qalıb.
Sonra amerikalı qadın uşaq böyütmək üçün kollecdən ayrılıb.
1970-ci illərdə o, universitetə qayıtmaq qərarına gəlib.Lakin tələbə tələblərinin dəyişdiyini öyrənib.
Bu ilin aprelində təqaüdçü nəvəsinə etiraf edib ki, o, hətta başqa ixtisas üzrə ali təhsil diplomu almaq arzusundadır. Akademik məsləhətçi daha sonra onun akademik rekordunu nəzərdən keçirdi və ballarının ümumi təhsil dərəcəsi almaq üçün kifayət etdiyini bildirib.
Ötən həftə qadına diplom təqdim olunub. Foley, mart ayında vəfat edən əri Çarlzın ad günündə kollec məzunu olub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR