Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108858
az

ABŞ Gürcüstanı sanksiyalarla HƏDƏLƏDİ

09:2915 May, 2024
106
  • A

ABŞ Gürcüstana maliyyə və səyahət sanksiyaları tətbiq edə bilər.

OXU24.COM  xəbər verir ki, bunu Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsi olduğu kimi saxlanılacağı təqdirdə, həmçinin dinc nümayişçilərə qarşı zorakılıq göstəriləcəyi təqdirdə ABŞ tərəfindən Gürcüstana birinci mərhələdə maliyyə məhdudiyyətləri tətbiq ediləcək.

O deyib ki, ikinci mərhələdə isə bu məhdudiyyətlər bütün bunlara görə məsuliyyət daşıyan şəxslərə qarşı səyahət sanksiyaları olacaq.

ABŞ dövlət katibinin köməkçisi Vaşinqtonun Gürcüstana 390 milyon dollar yardım ayırmağı planlaşdırdığını, bu yardımın hərbi müdafiə məsələlərinə, iqtisadi inkişafa, vətəndaş cəmiyyətinin inkişafına yönəldiləcəyini deyib. Əlavə edib ki, Aİ standartlarına uyğun gəlməyən qanun layihəsinin tətbiq ediləcəyi təqdirdə bu vəsaitin ayrılması sual altına düşə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İslandiya Ukraynaya 30 milyon    dollar    bağışladı
Abdullah Gül Prezidentə    başsağlığı     verdi
Fransada partiya sədri okeanda     qəzaya     düşdü

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
24 yaşlı bir uşaq anası hamamda    özünü     asdı