İki gün əvvəl Abşeronda yol qəzasına düşən Sumqayıt Dövlət Universitetinin 23 yaşlı tələbəsi xəstəxanada ölüb.
OXU24.COM xəbər verir ki, mayın 12-də ağır yol-nəqliyyat hadisəsində xəsarət alan Sumqayıt Dövlət Universitetinin tələbəsi, 2001-ci il təvəllüdlü Məmməd Vüsal Allahbaxış oğlu Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan tibbi müdaxilələrə baxmayaraq, o, bu gün xəstəxanda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR