Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108847
az

Avropalı siyasətçilər Gürcüstanı BELƏ QARIŞDIRIR

22:5914 May, 2024
145
DÜNYA
  • A

Almaniya və Litva deputatları Mixael Rot və Ziqimantas Pavilionis Tbilisidə Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqdə “Xarici təsirin şəffaflığı haqqında” anunun əleyhinə çıxış ediblər.

OXU24.COM  xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.

Deputatların səhnəyə çıxaraq etirazçılara dəstək verdiyi bildirilir. Onların çıxışı alqışlarla qarşılanıb.

Avropalı deputatların hərəkətlərini Gürcüstanın baş naziri İrakli Kobaxidze şərh edib:

“Xarici siyasətçilər birbaşa siyasi səhnəyə çıxırlar, baş verənlərin miqyasını təsəvvür edin. Təbii ki, onların Gürcüstanın daxili siyasətinə kənardan müdaxilə etməyə cəhd etməsi qətiyyən yolverilməzdir”.

Bundan əvvəl məlum olub ki, Gürcüstan hökuməti Almaniya, Polşa, Çexiya, Latviya, Litva və Estoniyadan ölkəyə gələn nümayəndə heyətləri ilə əlaqə saxlamaqdan imtina edib .

Mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanunu üçüncü oxunuşda qəbul edib. Hakimiyyətin qərarı paytaxtda kütləvi etirazlara səbəb olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində zəlzələ qurbanlarının sayı KƏSKİN ARDI
ABŞ Suriyaya qarşı sanksiyaları yumşaldır
Messini tənqid etdi: "Çıxış yolunu tapmalıydın"

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü