Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108806
az

Polşa Miqrasiya Paktı çərçivəsində qeyri-qanuni immiqrantları qəbul etməyəcək

18:2514 May, 2024
97
DÜNYA
  • A

Polşanın baş naziri Donald Tusk bildirib ki, Varşava Aİ Şurasının qəbul etdiyi Miqrasiya Paktı çərçivəsində qeyri-qanuni miqrantları qəbul etməyəcək.

 

Oxu24.com  xəbər  verir   ki, bu barədə RİA Novosti məlumat yayıb.

 

Onun sözlərinə görə, Polşa Rusiya-Ukrayna münaqişəsi ilə bağlı artıq yüz minlərlə miqrantı, həmçinin Belarusdan olan on minlərlə miqrantı qəbul edib.

 

Bundan əvvəl Avropa Parlamenti Brüsseldə keçirilən sessiyada Aİ-nin miqrasiya standartlarının sərtləşdirilməsini ehtiva edən miqrasiya və sığınacaqla bağlı paktın lehinə səs verib.

 

Bu islahatlar Aİ-də 2015-ci ildən hazırlanır. Qaydalar toplusu miqrantların sərhədlərdə filtrasiya prinsiplərini təqdim edir və onların Aİ hüdudlarından kənara çıxarılması qaydalarını sadələşdirir. Sənəd həmçinin kvota əsasında miqrant qəbul etmək istəməyən ölkələrə Aİ büdcəsinə rüsum ödəməyə icazə verir.

 

Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Boka bildirib ki, 2023-cü il Avropa İttifaqı üçün uğursuz oldu - onun rəhbərliyi sülhü bərpa edə bilmədi və əhalisini unudaraq icmanı müharibə həddinə çatdırdı.

 

Bir gün əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Birliyində “Avropanı gələcəyindən məhrum etmək” istəyən ifrat sağçı “Putinin dostları” ilə mübarizə aparacağını vəd etmişdi.

 

Bundan əvvəl Avropa Birliyi efiopiyalılar üçün giriş məhdudiyyətlərini sərtləşdirmişdi.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiyadan Ərdoğanın “bir mən, bir Putin...” sözlərinə reaksiya
Mask tarixə düşdü
MAQATE Ukraynanın tələbi ilə fövqəladə iclas keçirəcək

Misirdə qədim abidə tapılıb

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Məşhur futbolçu saxlanılıb