Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108798
az

“Qəbələ” klubunun büdcəsi təxminən 10 dəfə azalacaq

16:4714 May, 2024
151
İDMAN
  • A

Klubun büdcəsi təxminən 10 dəfə azalacaq.

Bunu açıqlamasında “Qəbələ” klubunun idman direktoru Səbuhi Səfiyarlı deyib.

O, AFFA İcraiyyə Komitəsinin son qərarlarından sonra növbəti mövsümdən I Liqada mübarizə aparacaq bölgə təmsilçisinin taleyi ilə bağlı danışıb. İdman direktoru I Liqaya düşmələrinə baxmayaraq əsas məqsədin yenidən elitaya qayıtmaq olacağını söyləyib: “İdman prinsiplərinə əməl olundu, komanda sayı artmadı deyə, biz də taleyimizlə barışmışıq. I Liqada mübarizəni davam etdirəcəyik. Qarşıya qoyulacaq əsas məqsəd Premyer Liqaya qayıtmaq olacaq”.

Klub rəsmisi “Qəbələ”yə ayrılacaq büdcə ilə bağlı AFFA-ya müəyyən rəqəmlər təqdim etdiklərini bildirib: “Akademiya və infrastruktura ayrılan büdcə çox böyükdür. Dəsətəyə ehtiyacımız olacaq. AFFA da bizə müraciət edib. Bəzi rəqəmləri təqdim etmişik. Daha detallı danışmağa ehtiyac var. İcraiyyə Komitəsinin qərarında da klubla müzakirələr aparılması vurğulanıb. Yəqin ki, hansısa şəkildə layihə hazırlayacaqlar və biz də bunun üzərində müzakirələr aparacağıq. Rəqəmlər sırf infrastruktur və akademiyanın saxlanılması ilə bağlıdır”.

S.Səfiyarlı səhvlərdən nəticə çıxaracaqlarını nəzərə çatdırıb: “Buraxdığımız səhvlərin nədən ibarət olduğunu bilirik. Bəzi oyunlarda hakimlər bizə qarşı səhvlər etdilər. Öz səhvlərimizin səbəbinin nədən ibarət olduğunu da müəyyənləşdirmişik”.

Klub rəsmisi “Qəbələ”nin I Liqaya düşəcəyi halda heyətdə dəyişikliklər olacağını da istisna etməyib: “I Liqa və Premyer Liqada oynayan heyətin büdcəsi eyni deyil. Bizimlə qalmaq istəməyən futbolçuları da başa düşəcəyik. Maaşlarda çox böyük fərqlər olacaq. Hazırkı fikirlərimiz belədir ki, əvəzedicilərlə davam edək. Yəqin komandanı gücləndirmək üçün əlavə transferlər də lazım olacaq”.

İdman direktoru ilkin danışıqlara əsasən baş məşqçi Kaxaber Sxadadzenin komandada qalmaq istədiyini də vurğulayıb: “Baş məşqçi ilə də ilkin söhbətimiz olub, amma detallı şəkildə danışmamışıq. Aramızdakı söhbətlər zamanı hiss olunurdu ki, Sxadadze komandanı çətin vəziyyətdə buraxıb getmək istəmir. I Liqada qalıb davam etməyi özünə borc bilir. Təbii ki, hər şey ayrılacaq büdcədən asılı olacaq. Çünki büdcə təxminən 10 dəfə azalacaq. Baş məşqçi hazırda Gürcüstandadır, qayıtdıqdan sonra danışıqlarımız olacaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Araz-Naxçıvan”ın yeni baş      məşqçisi        açıqlandı
“İnter” finala çıxdı- Video
“Beşiktaş”da ikinci Sergen Yalçın dönəmi

Sağlamlığınıza belə nəzarət      edə      biləcəksiz

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qaxda azyaşlı qızı yük    maşını      vurdu