Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108797
az

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı

16:3714 May, 2024
599
  • A

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 18-dək davam edəcəyi gözlənilir.

 

Oxu24.com   xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

 

G.Məmmədova bildirib ki, qərb küləyi 15-18 m/s, 17-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək:

 

"Çaylarda, o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir".

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

89 yaşlı kişi və arvadı dəm     qazından       öldü
Bu ərazilərdə        duman      var
Bu ərazidə     işıq     olmayacaq

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Ailəsi ilə istirahətə getmişdi, faciəvi     şəkildə     öldü