Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10875
az

Gözlər bu tarixdə BAKIDA OLACAQ: dünyanın taleyi həll edilir

00:0414 Mart, 2019
537
CƏMİYYƏT
  • A
OPEC-in baş katibi Məhəmməd Barkindo Hyustona səfərindən Amerika istehsalçıları ilə görüşmək və bu ölkənin sənayesinin genişləndirilməsi üçün kapitalın əldə edilməsini öyrənmək üçün istifadə edib.
Oxu24.com xəbər verir ki, bu barədə o özü bildirib.

Bu həftə Hyustonda "IHS Markit CERAWeek"-in illik konfransında iştirak edən baş katibin sözlərinə görə, ABŞ sənayesinin maliyyələşdirilməsinə giriş neft hasilatını gündə təxminən 12,1 milyon barelə qədər artırmağa kömək edib.

"ABŞ-da istehsalın artımı dünyaya öz energetika ehtiyaclarını təmin etməyə kömək edən əhəmiyyətli amildir", - deyə Barkindo qeyd edib. O, qeyd edib ki, İran və Venesuela ABŞ-ın sanksiyaları altındadır.

OPEC-in baş katibi həmçinin bildirib ki, OPEC və partnyorları bazarda neftin həcminin artımının saxlanılması haqqında razılaşmanın icrasının gedişini qiymətləndirmək üçün martın 17-18-də Azərbaycanda görüşəcək.

Gözlənilir ki, OPEC-ə üzv ölkələr və Rusiya hasilatın gündəlik 1,2 milyon barel ixtisarı haqqında razılaşmanı ən azı bir neçə ay müddətinə uzadacaq.

"Bakıda görüşün nəticələri qərarın qəbul olunması zamanı nəzərə alınacaq. Hər şey məlumatlardan asılıdır. Onlarla tanış olmaq lazımdır", - deyə OPEC-in baş katibi bildirib.

Qeyd edək ki, martın 17-18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasları keçiriləcək. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yanvarda bu 3 meyvəni qətiyyən yeməyin - Diqqət!
1 həftə qaldı - 4 bürc pul yağışına tutulacaq
Çayın yanında iki dənəsini yeyin - Enerji verəcək

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı