Qarabağ Universitetinində qəbul həyata keçiriləcək ixtisaslar açıqlanıb.
OXU24.COM xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb.
Qeyd edək ki, Qarabağ Universitetinin qəbul planı təsdiqlənib.
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq.
Nazir xatırladıb ki, sentyabr ayında universitetdə tədrisin başlanması nəzərdə tutulur:
"Universitetdə infrastrukturla bağlı işlər davam edir. İyunun sonuna qədər yataqxana, tədris binası və onun ətrafı ilə bağlı əsas işlər bitəcək. Ümumilikdə proses avqusta qədər davam edəcək. Qarabağ Universitetində 1200 tələbənin təhsil alacağı proqnozlaşdırılır. Bütün tələbələrə təhsil ödənişsiz olacaq".
Xatırladaq ki, Qarabağ Universiteti Azərbaycan Prezidentinin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılıb.
Oxu24.com
ŞƏRHLƏR