Estoniya prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Madis Roll Breaking Defence portalına müsahibəsində deyib ki, Estoniya hökuməti Ukraynanın qərbinə qoşun yeritmək imkanını “ciddi” müzakirə edir.
Estoniya prezidentinin məsləhətçisinin sözlərinə görə, hökumət hazırda Ukraynaya potensial qoşun yerləşdirməsini təhlil edir və bunu NATO-nun tamhüquqlu missiyasının bir hissəsi kimi – “daha geniş birləşmiş güc və qətiyyət nümayiş etdirmək” üçün etməyə üstünlük verir.
“Müzakirələr davam edir. Biz bütün imkanları nəzərdən keçirməliyik. Biz nə edə biləcəyimiz barədə düşüncələrimizi məhdudlaşdırmamalıyıq"- deyə o bildirib.
Roll bildirib ki, Estoniya potensial olaraq Ukraynanın qərbinə daha kiçik koalisiyanın bir hissəsi kimi qoşun göndərməyə hazırdır, lakin hazırda belə bir hərəkətə qarşı çıxan NATO üzvlərinin “zamanla” fikirlərini dəyişməsi “mümkündür”.
Nigar
Oxu24.com
ŞƏRHLƏR