Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10873
az

İNANILMAZ: Bu insanlar nadir dəri xəstəliyi ilə dünyaya gəliblər və... - FOTOLAR

23:5013 Mart, 2019
875
TİBB
  • A
 
İngiltərənin Kambridgeshire bölgəsində yaşayan Gemma Uayt adlı qadının kürəyində, boynunda, sinəsində, qulaqlarında və bədənin digər hissələrində balaca və böyük olmaqla bir çox ləkə var.

Oxu24.com xarici mediaya istinadla bildirir ki, Konjenital melanositik nevüs adı verilən bu xəstəlik nadir görülən dəri xəstəliyidir.
24 yaşlı Gemma bu xəstəliklə yaşayan 30 digər insanla birlikdə beynəlxalq bir sərgi üçün görüntülənib.

Leeds şəhərində tibb fakültəsində oxuyan Gemma bu xəstəliklə doğulduğunu və bunun müalicəsi olmadığını bildirib.

“Uşaq olarkən normal şeylər etdim, normal dostlarım oldu. Doğum ləkələrimin ortaya çıxdığı gimnastik geyimlər də geydim. Amma yeniyətməlik dövrünə girdiyim zaman bu öz təsirini mənə göstərməyə başladı. Fərqli göründüyümü bilirdim. Bu xəstəliyə sahib olan başqa biri yox idi. Şərflər taxır, uzunqollu geyimlər geyinir, bikinilərdən uzaq durmağa çalışırdım” deyə bildirib.

Gemma 17 yaşında olarkən bu “fərqlilik”dən sıxılaraq İspaniyaya tətilə getməyə qərar verib və orada olarkən ilk dəfə bikini geyib.

“Heç kim mənə baxmadı və bir şey demədi. Bu mənə çox yaxşı təsir etdi. Həyatdan daha çox zövq almağa başladım. Bunun əhəmiyyətli olmadığını və özümü çərçivəyə salmamalı olduğumu başa düşdüm” deyə bildirib.

13 ölkədən uşaq və yetişkinlərin iştirak etdiyi sərginin tamaamlanması 3 il çəkib. Sərgi mart ayında Londonda açıldıqdan dünyanı gəzəcək.


  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
Teymur Kərimovun 9 il həbsi    tələb    edildi