Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108725
az

Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur - Ərdoğan

22:1413 May, 2024
100
DÜNYA
  • A

Kipr probleminin adadakı faktlar əsasında ədalətli və qalıcı həllinin tapılması vacibdir.

OXU24.COM xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Yunanıstan Baş naziri Kiriakos Miçotakislə keçirdiyi görüşün nəticələrinə dair birgə mətbuat konfransı zamanı deyib.

"Belə bir addım regionumuzun sabitliyini və sülhünü gücləndirəcək", - Ərdoğan bildirib.

O qeyd edib ki, bu gün Kiriakos Miçotakislə keçirdiyi görüş zamanı bu məsələni ətraflı müzakirə edib:

"Ankara və Afina arasında həlli mümkün olmayan məsələ yoxdur, mübahisəli məsələlər açıq dialoq yolu ilə həll ediləcək".

Türkiyə lideri əlavə edib ki, ötən il Afinada toplanan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclası Ankarada keçiriləcək.

"Biz göstərdik ki, müsbət dialoqu davam etdirmək əzmindəyik",- K.Mitsotakis isə öz növbəsində söyləyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Yabanı halda bitmiş çətənə kolları məhv edildi