Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10872
az

Azı şəfa, çoxu cəfa - Ölümə aparan qidalar

23:1913 Mart, 2019
658
CƏMİYYƏT
  • A
 Sağlamlıq üçün faydalı sandığımız qidalar daha çox istehlak edildikdə ölümə aparan xəstəliklərin yaranmasına səbəb ola bilər. Həyatda hər bir məsələdə ölçülü olmaq lazımdır. Bu istehlak etdiyimiz qidalara da aiddir. 

TurpKimi.com həddindən artıq istifadə edilməməsi lazım olan qidaların adlarını təqdim edir:

Qara çay


Qara çayda olan oksalat kalsium mineralının sorulmasını əngəlləyən  maddədir. Oksalat tərkibli yemək və içkilərdən çox çox qəbul etdikdə böyrəklərdə problem yaranır,  böyrək daşının yaranmasına daha çox səbəb olur.  Mütəxəssislər gündə 4 fincan çay içməyi məsləhət görür. 

Soya sousu


Hipernatremia  qanda sodium/duz miqdarının artması deməkdir. Qan dövranında çox miqdarda duz olduqda duz sıxlığını  azaltmaq üçün orqanizm digər orqanlardan, beyin də daxil olmaqla su çəkir.  

Beyin öz suyunu itirərsə, kiçilir və qan sızmağa başlayır. Ona görə də,  soya sousu kimi sodium baxımından zəngin qidaları istehlak edərkən ölçüyə diqqət  etmək lazımdır.

Ton balığı


Xam, bişmiş, ya da konserv halında olan ton balığında civə var. Əslində balıq növlərinin çoxunda civə olur. Böyük, yırtıcı balkıqlarda isə civə sayı bir o qədər də  çoxdur. İnsanlar üçün zəhərli maddə olan civə çox miqdarda qəbul edildikdə orqanizmdə zəhərlənməyə səbəb olur.  Zəhərlənmənin ilkin əlamətləri  barmaqlarda zəiflik və süstlük hissi,  titrəmə və görmə problemlərinin yaşanmasıdır. Uzun müddətli civə zəhərlənmələrində yaddaş zərər görür, öyrənmə prosesi zəifləyir.

Turpkimilər fəsiləsi 


Brokkoli, Brüssel kələmi, qırmızı kələm kimi turpkimilər fəsiləsinə aid qidalarda minerallar və antioksidant çoxdur.  Amma ürəkdə və ya qalxanabənzər vəzidə (zop) problem varsa,  bu ərzaqları istəməyə bilərsiz. Çünki bu qidalarda  yüksək miqdarda qan laxtalandıran K vitamini və hormonların işini ləngidən guatrojenik maddələr olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu