Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108705
az

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ

18:2413 May, 2024
455
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda və Abşeron yarımadasında mayın 12-si günün ikinci yarısından 14-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, mayın 12-si axşamdan 13-dək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında mayın 12-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 15-i səhərədək fasilələrlə leysan xarakterli yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Çaylarda o cümlədən Kür, Araz və Qanıx çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyada 98 faiz insanın tapa bilmədiyi İQ testi
Vətəndaşlara niyə bir ayda iki dəfə qazpulu gəlir?- Açıqlama
DSX mayorunu kimlər döyüb? - ŞOK DETALLAR

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Bıçaqlı şəxs banka girdi: Qadını girov götürdü